Tam versiya
Ana səhifə XƏBƏRLƏR Biləsuvarda “Təmiz ölkəm” devizi ilə təmizlik aksiyası keçirilib
XƏBƏRLƏR

Biləsuvarda “Təmiz ölkəm” devizi ilə təmizlik aksiyası keçirilib


Biləsuvar rayonunda “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” müxtəlif tədbirlər təşkil olunur.

Ekologiya.z-ın məlumatına görə, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Biləsuvar rayonunda aparılan təmizlik, abadlıq, yaşıllaşdırma işlərinin tərkib hissəsi olaraq iyulun 13-də Bolqarçay çayının Xırmandalı, Bəydili və Biləsuvar şəhərinin ərazilərindən keçən hissələrində iməclik təşkil edilib.

Rayonun müxtəlif idarə, müəssisələrinin əməkdaşları, gənclər təşkilatının və könüllülərin iştirak etdiyi “Təmiz ölkəm” adlı aksiyada Bolqarçay çayının sahili məişət tullantılarından təmizlənib, əhali arasında ekoloji maarifləndirmə işləri aparılıb.

Paylaş:
Tam mətni oxu →