Ana səhifə›
XƏBƏRLƏR
›
Torpaq mübahisəsi zəminində silahlı insident - ölən və yaralılar var
XƏBƏRLƏR
Torpaq mübahisəsi zəminində silahlı insident - ölən və yaralılar var
Ekologiya
AMP
Dağıstanın Ağaçaul kəndində baş verən silahlı insident zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.Bu barədə Dağıstan İstintaq Komitəsi məlumat yayıb.İstintaqla müəyyən edilib ki, iyulun 13-də Ağçaul kəndinin kənarında torpaq mübahisəsi zəminində əvvəllər ədavət münasibətləri olan yerli sakinlər arasında dava düşüb.Dava zamanı sakinlərdən biri qısa lüləli odlu silahdan azı 13 dəfə atəş açıb, nəticədə 1 nəfər ölüb, daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq tibb müəssisəsinə yerləşdirilib.Faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb./Report