“Birlikdə təmiz dünya üçün” rubrikasına start verilib
Yay ayları hər kəsin sevdiyi, dincəldiyi, lakin təəssüf ki, ətraf mühitə qarşı ən çox laqeyd yanaşılan mövsümdür. İstirahət etdiyimiz təbiət əraziləri- meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir.