Tam versiya
Ana səhifə XƏBƏRLƏR Zavodda şiddətli yanğın
XƏBƏRLƏR

Zavodda şiddətli yanğın


Rusiyanın Kursk vilayətində aşağı gərginlikli avadanlıqlar zavodunda yanğın başlayıb.

Musavat.com xəbər verir ki, xəbəri Kursk vilayətinin qubernatoru da təsdiqləyib. Yanğınsöndürənlər texnoloji sexlərdən birində baş vermiş yanğını söndürürlər.

Rusiya mətbuatı isə iddia edir ki, zavoda Ukrayna pilotsuz təyyarələri hücum edib. 

Yanğının sahəsi hazırda 500 kvadratmetrdir. Yanğınsöndürənlər gələnə qədər işçilər təxliyə edilib. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Paylaş:
Tam mətni oxu →