Tam versiya
Ana səhifə XƏBƏRLƏR FHN zəlzələ ilə bağlı məlumat yayıb
XƏBƏRLƏR

FHN zəlzələ ilə bağlı məlumat yayıb


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, iyulun 17-də yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 kilometr cənub-qərbdə, Gürcüstan ərazisində 5 kilometr dərinlikdə 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.


FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.


Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-nə məlumat daxil olmayıb.

Paylaş:
Tam mətni oxu →