Ana səhifə›
XƏBƏRLƏR
›
Prezidentdən SON DƏQİQƏ COP29 AÇIQLAMASI
XƏBƏRLƏR
Prezidentdən SON DƏQİQƏ COP29 AÇIQLAMASI
Ekologiya
AMP
Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır.Ekologiya.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlətimizin başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırılabilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.