Tam versiya
Ana səhifə XƏBƏRLƏR Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək - BU TARİXDƏ
XƏBƏRLƏR

Növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək - BU TARİXDƏ


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Neptun” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 26 iyul tarixində “Neptun” supermarketlər şəbəkəsinin “Həzi Aslanov” m/s yaxınlığı, Rəsul Rza küç., 29/42 ünvanında yerləşən filialında təşkil olunacaq.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
Aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
 “Neptun” superstore - Xətai rayonu, Rəsul Rza küç., 29/42 (“Həzi Aslanov” m/s yaxınlığı)
 Saat: 11:00
 26 iyul
Paylaş:
Tam mətni oxu →