Çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron və İmişli rayonları ərazisindən çınqıl-qum qarışığının qanunsuz götürülməsi faktları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı Abşeron rayonu Pirəkəşkül və Güzdək qəsəbələrində hüquqi sənədləri olmadan fiziki şəxslər Nəbi Vəlizadə, Anar Həsənov, Rəsul Babayev, Seyran Baxşıyev, Araz çayının İmişli rayonundan keçən hissəsindən isə Tural Əmiraslanov və Taleh Tapdıqov tərəfindən ümumilikdə 1862,4 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.