Qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba və Qax rayonları ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Tüləkəran kənd sakini Tural Əlimərdanov, Qax rayonu Şotavar kənd sakinləri Nasir Allahverdiyev, İlkin Əhmədov və Nərman Şahmalıyev olduğu müəyyən edilib.