DETX-a, İsmayıllı, Zaqatala və Laçın rayonları ərazisində ağacların qanunsuz kəsildiyi faktlarını aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı, Zaqatala və Laçın rayonları ərazisində ağacların qanunsuz kəsildiyi faktları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanun pozucularının İsmayıllı şəhər sakini Şəmistan Askarov, Zaqatala rayonu Mamrux kənd sakini Valeh Şabanov, Laçın rayonu Hacıxanlı kənd sakini İsmayıl Məhərrəmov olduğu müəyyən edilib.