Ana səhifə›
XƏBƏRLƏR
›
Bakı-Sumqayıt yolunun bir hissəsinin çökməsinin səbəbi məlum olub
XƏBƏRLƏR
Bakı-Sumqayıt yolunun bir hissəsinin çökməsinin səbəbi məlum olub
Ekologiya
AMP
"Çökmənin əsas səbəbi magistral yolun yaxınlığında mənzil-tikinti şirkəti tərəfindən inşa olunan binalar üçün "Azərsu" ASC-dən alınmış Texniki Şərt əsasında podratçı təşkilat tərəfindən qurulan kanalizasiya xəttinin çəkilişi və son günlərdə havanın yağmurlu keçməsidir".Bu məlumatı Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq verib.O qeyd edib ki, yaranmış çöküntü Bakı-Quba magistral şosesinin köməkçi hissəsindədir."Belə ki, yağış suları asfalt örtüyünün altına keçərək yolun alt qatını (qırmadaş hissəsini) yuyub və nəticədə çöküntü əmələ gəlib.Bildiririk ki, 27 iyul 2024-cü il tarixdən mənzil-tikinti şirkəti tərəfindən yolun bərpa işlərinə başlanacaq", - deyə S.Qasımov qeyd edib.