Tam versiya
Ana səhifə XƏBƏRLƏR Sabirabadda qadın tibbi müayinədən sonra özünü kanala ataraq intihar edib
XƏBƏRLƏR

Sabirabadda qadın tibbi müayinədən sonra özünü kanala ataraq intihar edib


Sabirabadda intihar hadisəsi olub.

Hadisə səhər saatlarında Balvar kəndində baş verib. 

Kənd sakini 64 yaşlı N. Zeynalova özünü yaşadığı evin qarşısından keçən suvarma kanalına ataraq, canına qəsd edib.

Məlumata görə, mərhum bir müddət əvvəl Bakıdakı xəstəxanaların birində müayinədən keçib. Nəticədə xərçəng xəstəliyinə tutulduğunu öyrənib. Ehtimala görə, qadın məhz bu səbəbdən özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (lent.az)

Paylaş:
Tam mətni oxu →