Tam versiya
Ana səhifə XƏBƏRLƏR Əhəngdaşı yatağında yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı - FOTO
XƏBƏRLƏR

Əhəngdaşı yatağında yerin təkindən qanunsuz istifadə edənlər aşkarlandı - FOTO


Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən  “Yerin təki haqqında “ qanunvericiliyin  tələblərini pozan Abşeron rayonu, Güzdək qəsəbəsi , "Güzdək" əhəngdaşı yatağında yerin təkindən qanunsuz istifadə edərək əhəng daşı hasilatı ilə məşğul olan olunması faktı aşkarlanıb.

Bu barədə Ekologiya.az-a 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov məlumat verib.

Rəis bildirib ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən  “Yerin təki haqqında “ qanunvericiliyin  tələblərinə riayət olunması vəziyyəti üzrə  xidməti ərazidə  17.07.2024-cü il tarixdə aparılan monitorinqlər zamanı Abşeron rayonu, Güzdək qəsəbəsi , "Güzdək "əhəngdaşı yatağı ərazisində müvafiq icazə sənədləri (Dağ Mədən Ayırmaları Aktı və.s) olmadan yerin təkindən qanunsuz istifadə edərək əhəng daşı hasilatı ilə məşğul olan daş karxanasının rəhbəri Soltanov Yalçın Balaəhməd oğlu barəsində 17. 07.2024-cü il tarixli, 85512 saylı akt və MN 1765553 nömrəli inzibati protokol tərtib edilib. 

Əlavə olaraq Asif Məcidov onuda bildirib ki,  4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən  “Yerin təki haqqında “ qanunvericiliyin  tələblərinə riayət olunması vəziyyəti üzrə  xidməti ərazidə  17.07.2024-cü il tarixdə aparılan monitorinqlər zamanı Abşeron rayonu, Güzdək qəsəbəsi , "Güzdək "əhəngdaşı yatağı ərazisində müvafiq icazə sənədləri (Dağ Mədən Ayırmaları Aktı və.s) olmadan yerin təkindən qanunsuz istifadə edərək əhəng daşı hasilatı ilə məşğul olan daş karxanasının rəhbəri Abdullayev Rahim Abdulla oğlu barəsində 17. 07.2024-cü il tarixli, 85511 saylı akt və MN 1765552 nömrəli inzibati protokol tərtib edilib. 

Qanunsuz olaraq yerin təkinin işlənməsi nəticəsində dəymiş ziyan məbləğinin hesablanaraq qanunamüvafiq tədbirlərin  görülməsi və nəticəsi barədə İdarəyə məlumat verilməsi üçün hər iki fakt üzrə İdarə tərəfindən DMXEİA-nə müraciət olunacaq və bundan sonra da   tədbirlərimiz davam etdiriləcək deyə Asif Məcidov bildirib.


Paylaş:
Tam mətni oxu →