Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıb
XƏBƏRLƏR

Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıb


Qubada tullantıları urnalardan kənara atan 11 nəfər şəxs aşkarlanıb.

Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan ümumilikdə 11 nəfər şəxs müəyyən olunub. Onlarla  profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Paylaş:
Tam mətni oxu →