Ümumrespublika Təmizlik Marafonu çərçivəsində çay sahilləri və meşə əraziləri tullantılardan təmizlənib - FOTO
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Masallı, Yevlax, Göygöl, Sabirabad, İmişli, Şəki, Oğuz və İsmayıllı rayonlarının meşə ərazilərində, Lənkərançayın Xəzər dənizinə qovuşduğu ərazidə, Həkəri çayının Laçın şəhərindən, Araz çayının Saatlı şəhərindən və Tərtərçayın Bərdə rayonundan keçən hissələrində, Ucar şəhəri ərazisində, Şahbuz rayonunun Batabat ərazisində iməciliklər keçirilib.