5 Dekabr – Dünya Torpaq Günüdür
5 Dekabr – Dünya Torpaq Günüdür.
Ekologiya.az bildirir ki, Dünya Torpaq Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 5 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq elan edilib.
Hər ilin bu günü torpaqların dayanıqlığının təmin edilməsi, deqradasiyadan, çirklənmədən qorunması, effektiv və rasional istifadəsi kimi məsələlər gündəmə gətirilərək ictimaiyyət maarifləndirilir.
Qeyd edək ki, regional iqlim dəyişmələri lokal miqyasda ərazi və mövsümdən asılı olaraq torpaq örtüyünə neqativ təsir göstərir. Bu torpaq sürüşməsi, quraqlıqla bağlı səhralaşma, eroziya, deqradasiya, daşqınlar zamanı torpağın münbit qatının yuyulması, aşınmaya məruz qalma və digər formalarda ola bilər.
Heç şübhəsiz ki, bu proseslər Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsuldarlığın azalmasına səbəb olur. İqlim dəyişmələri nəticəsində ölkədə quraqlığın başvermə tezliyinin artmasını nəzərə alsaq, onda aydındır ki, zəruri tədbirlər görülmədikdə səhralaşma prosesi sürətlənə bilər.
Bu il Dünya Torpaq Günü “Torpaq və su - həyat mənbəyidir” devizi altında qeyd edilir. Gəlin hamılıqla torpaqların qorunmasına və gələcək nəsillər üçün saxlanılmasına çalışaq.
Paylaş:
Tam mətni oxu →