XƏBƏRLƏR
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) hökumət başçılarının 47-ci iclasında çıxış edib.Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.“Kiçik ada dövlətləri qeyri-proporsional olaraq iqlim dəyişikliyindən əziyyət çəkirlər. Azərbaycan çalışır ki, bu ölkələrin problemləri müzakirələrin mərkəzində olsun”,- paylaşımda qeyd edilib.