Tam versiya
Ana səhifə XƏBƏRLƏR FHN: Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları fasiləsiz qaydada davam etdirilir
XƏBƏRLƏR

FHN: Dənizdə batdığı ehtimal olunan vətəndaşın axtarışları fasiləsiz qaydada davam etdirilir


Bakı şəhərinin Xətai rayonu istiqamətində Xəzər dənizində nəzarətsiz ərazidə iyulun 30-da batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz qaydada davam etdirilir.


Bu barədə Ekologiya.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, FHN Aviasiya dəstəsinin helikopterləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparılır.

Paylaş:
Tam mətni oxu →