Ana səhifə›
XƏBƏRLƏR
›
Muxtar Babayev İordaniya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
XƏBƏRLƏR
Muxtar Babayev İordaniya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Ekologiya
AMP
İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, görüşdə bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.Görüş zamanı, eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.