Tam versiya
Ana səhifə XƏBƏRLƏR Xəzərdə dalğanın hündürlüyü 2.5 metrə çatıb
XƏBƏRLƏR

Xəzərdə dalğanın hündürlüyü 2.5 metrə çatıb


Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 5-də saat 15:00-a olan məlumata əsasən şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 metr/saniyə, Gəncədə 24 metr/saniyə, Mingəçevirdə 23 metr/saniyə, Şəki, Neftçala, Tərtərdə 20 metr/saniyə, Goranboy, Naftalanda 19 metr/saniyə, Bərdədə 18 metr/saniyə, Ağdamda 16 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Paylaş:
Tam mətni oxu →