Ana səhifə›
XƏBƏRLƏR
›
Çaylarda sululuq artacaq, sel keçəcək - XƏBƏRDARLIQ
XƏBƏRLƏR
Çaylarda sululuq artacaq, sel keçəcək - XƏBƏRDARLIQ
Ekologiya
AMP
Avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.