Ana səhifə›
XƏBƏRLƏR
›
Biləsuvarda GES-in tukintisi ilə bağlı hazırlıq işlərinin qiymətləndirilməsi aparılıb
XƏBƏRLƏR
Biləsuvarda GES-in tukintisi ilə bağlı hazırlıq işlərinin qiymətləndirilməsi aparılıb
Ekologiya
AMP
Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediloəcək 445 MVt gücündə Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq işlərinin faktiki vəziyyətinin qiymətləndirilməsi və gələcəkdə bu istiqamətdə görüləcək işlərin müzakirə ilə bağlı ilk görüş keçirilib."Report"un Muğan bürosunun məlumatına görə, görüş bu gün Biləsuvar Rayon İcra Hakimiyyətində “Masdar” şirkətinin, WSP təşkilatının, Asiya İnkişaf Bankının, Asiya İnfrastruktur İnvestisiya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssislərinin iştirakı ilə təşkil olunub.Günəş elektrik stansiyası Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsində tikiləcək.Qeyd edək ki, “Masdar” ilə bağlanmış müqavilələrə əsasən, Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyasını və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək.