Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
XƏBƏRLƏR

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev avqustun 8-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir Muxtar Babayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.


Qəbul zamanı ətraf mühitin mühafizəsi, biomüxtəliflik, mineral xammal, geologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.


Vətəndaşlar sakinlərin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Paylaş:
Tam mətni oxu →