Tam versiya
Ana səhifə XƏBƏRLƏR Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam edir
XƏBƏRLƏR

Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam edir


Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar Şabran, Xızı və Göygöl rayonlarında ictimai dinləmələr keçirilib. 

Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib. 


Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunan oduncaq ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərinin əhalisinə dəyəri əvvəlcədən ödənilmək şərtilə verilir.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →