XƏBƏRLƏR
Erkən Xəbərdarlıq Sisteminə töhfə: Maştağa aerostansiyasında aeroloji müşahidələr bərpa edilib - FOTO
Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən aeroloji stansiyasında müşahidələr bərpa edilib və ilk radiozond hava şarı buraxılıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
O qeyd edib ki, Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissələrindən biri olan aeroloji müşahidələr zamanı havaya buraxılan radiozond 30 km-dən artıq yüksəkliyədək və 200 km radiusda mütəmadi olaraq meteoroloji göstəriciləri-temperaturu, rütubəti, küləyin parametrlərini, atmosfer təzyiqini öyrənmək imkanı verəcək, bu da öz növbəsində əhaliyə təqdim olunan hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyini daha da artıracaq. Radiozond atmosfer təbəqələrinə qalxdıqca müxtəlif hündürlüklərdə ölçülmüş meteoroloji elementləri radiosiqnallar vasitəsilə serverə ötürəcək.