Tam versiya
Ana səhifə XƏBƏRLƏR Goranboyda 5 nəfər zəhərləndi - SON VƏZİYYƏT
XƏBƏRLƏR

Goranboyda 5 nəfər zəhərləndi - SON VƏZİYYƏT


10.08.2024-cü il tarixdə saat 01:55-də 5 nəfər (4-ü uşaq olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlara alimentar qida zəhərlənməsi diaqnozu təyin edilib.


"Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxşdir", məlumatda bildirilir.

Qeyd edək ki, Goranboyda 4-ü yeniyetmə olmaqla, 5 nəfər qidadan zəhərlənib.

Paylaş:
Tam mətni oxu →