Tam versiya
Ana səhifə XƏBƏRLƏR Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib


Bir sıra rayonlarda küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bu barədə Ekologiya.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də ölkə ərazisində sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Salyan, Cəlilabad, Yardımlı, Lerik, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
Tam mətni oxu →