Tam versiya
Ana səhifə XƏBƏRLƏR Beyləqanda avtomobil kanala düşüb: Xəsarət alanlar var
XƏBƏRLƏR

Beyləqanda avtomobil kanala düşüb: Xəsarət alanlar var


Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki 1962-ci il təvəllüdlü Mehriban Yasəf qızı İsgəndərova "Xəzər" markalı minik avtomobilinin idarəetməsini itirərək yol kənarındakı kanala düşüb. turbo az mercedes

Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Zəhra Murtuza qızı Həşimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır./APA

Paylaş:
Tam mətni oxu →