Sumqayıtda avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib
Sumqayıtda baş verən yol qəzası zamanı “Lexus” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Ekologiya.az-ın məlumatına görə, qəza Səməd Vurğun küçəsində baş verib. Hadisə zamanı sürücünün idarəetməni itirdiyi və avtomobilin ağaca çırpılması nəticəsində ölümcül yaralandığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
Paylaş:
Tam mətni oxu →