XƏBƏRLƏR
Xəzər dənizinin sahil əraziləri tullantılardan təmizlənib - FOTO
“Xəzər Günü”ndə “Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları Xəzər dənizinin Sumqayıt, Şabran və Lənkəran sahillərini əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli bölmələrinin, “Azərikimya”, “Karbamid”, “Polymer” şirkətlərinin, Sumqayıt Texnologiyalar Parkının, “Paşa Holding”, “Kapital Bank”, "Qırmızı Ürəklər" fondunun, yerli icra və bələdiyyələrin nümayəndələrinin, ASAN könüllülərinin iştirakı ilə keçirilən iməciliklər zamanı sahilyanı ərazilərdən ümumilikdə 1.4 tondan artıq tullantı yığılaraq daşınıb.