Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu rayonlarda ağacların qanunsuz kəsilməsi faktları aşkarladı
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu rayonlarda ağacların qanunsuz kəsilməsi faktları aşkarladı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Füzuli, Qusar, Şəmkir və Ağcabədi rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Araşdırma zamanı ağacların Gəncə şəhəri 28 may küçəsində Xəyyam Zeynalov, Füzuli rayonu Bala Bəhmənli kəndində Cəfər Bayramov, Qusar rayonu Qalacıq kəndində Şamil Cəbrayılov, Şəmkir rayonu Şəmkirçay çayının ətrafında Xəqani Nəbiyev, Ağcabədi rayonu Pərioğullar kəndində Xəqani Abbasov tərəfindən kəsildiyi müəyyən edilib.  

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →