XƏBƏRLƏR
Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam etdirilir
Qışa hazırlıq məqsədilə bugün oduncaq tədarükü ilə əlaqədar Zaqatala, Balakən, Bərdə və Ağdam rayonlarında ictimai dinləmələr keçirilib.
Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.