Tam versiya
Ana səhifə XƏBƏRLƏR Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “El-Beton” firmasının məsul şəxsi barəsində akt, protokol tərtib edib
XƏBƏRLƏR

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “El-Beton” firmasının məsul şəxsi barəsində akt, protokol tərtib edib


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri Bulvar küçəsində “P.A QROUP” MTK, Xızı rayonu Giləzi qəsəbəsində “Nort West” MMC, Quba rayonu Hacıhüseynli kəndində "İnşaaat Təmir Tikinti və İstehsalat Müəssisəsi" MMC, Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli məktəbdə “Alıbəyli” MMC tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyi olmadan tikiniti işlərinin aparılması və Sumqayıt şəhəri Zamin Hüseynov küçəsində “El-Beton” firması tərəfindən beton istehsalının həyata keçirilməsi faktları aşkar olunub.


Faktlarla bağlı “P.A QROUP” MTK- nın qanuni təmsilçisi Ruslan Həsənzadə, “Nort West” MMC-nin qanuni təmsilçisi Qara Məmmədov, "İnşaaat Təmir Tikinti və İstehsalat Müəssisəsi" MMC-nin layihə rəhbəri Niyaz Əhmədov, “Alıbəyli” MMC-nin qanuni təmsilçisi Məhəmməd Cəfərov və “El-Beton” firmasının məsul şəxsi Çingiz Mansurov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Ekologiya.az
Paylaş:
Tam mətni oxu →