Bu şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri Yəhya Məmmədov küçəsində yerləşən metal tullantıların qəbulu sexində, Xaçmaz şəhəri Ziya Bünyadov küçəsində “Ay Ulduz” marketin qarşısında və Quba rayonu 2-ci Nügədi kəndində fəaliyyət göstərən avtotəmir sexində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Faktlarla bağlı metal tullantıların qəbulu sexinin sahibi Vilayət Hüseynov, “Ay Ulduz” marketin icarədarı Qurban Abıyev və avtotəmir sexinin sahibi Emin Şahbalayev barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.
Ekologiya.az