Ana səhifə›
XƏBƏRLƏR
›
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
XƏBƏRLƏR
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Ekologiya
AMP
Əldə olunan əlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, düşən yağıntının miqdarı Balakəndə 10 mm, Lerikdə 9 mm, Zaqatala, Göygöldə 8 mm, Mingəçevirdə 7 mm, Astarada 4 mm, Şahdağ, Qrız, Gədəbəy, Oğuz, Şəki, Qobustan, Lənkəran, Qəbələ, Xaltan, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Gəncə, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Yardımlı, Qax, Füzulidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.Avqustun 16-da şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.Naftalan, Gəncə, Şəmkir, Daşkəsən, Goranboy, Göygöl, Ağdam, Balakən, Qax, Şəki, Lerik, Şahdağ, Qrızda duman müşahidə olunub.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, aran rayonlarında 29, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.