Xəzər dənizinin Hövsan sahili tullantılardan təmizlənib
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Hövsan sahili tullantılardan təmizlənibBu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə və kommunal müəssisə kombinatının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), “NARGİS” jurnalının nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində təmizlik aksiyası keçirilib.
Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiya zamanı sahil zolağı 700 kiloqramdan artıq tullantıdan təmizlənib.