Tam versiya
Ana səhifə XƏBƏRLƏR Azərbaycanda səhər saatlarında güclü zəlzələ oldu - Seysmoloji Xidmət Mərkəzi növbəti təkanlarla bağlı TƏCİLİ MƏLUMAT YAYDI
XƏBƏRLƏR

Azərbaycanda səhər saatlarında güclü zəlzələ oldu - Seysmoloji Xidmət Mərkəzi növbəti təkanlarla bağlı TƏCİLİ MƏLUMAT YAYDI


"Qardaş ölkə Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələdən sonra vətəndaşlar daha çox narahat olurlar".

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün zəlzələ ilə bağlı keçirilən brifinqdə deyib:
 
"Nəzərinizə çatdırım ki, Türkiyədə baş verən zəlzələlərin dərinliyi 5-7-10 km aralığında idi. Bizdə isə zəlzələ 68 km dərinlikdə 51 saniyə baş verib. Buna görə dağıntı baş vermədi". 

Qeyd edək ki, bu gün yerli vaxtla 08:16-da dənizində 5.6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Bakıda güclü hiss olunub.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.
  
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hazırda zəif afterşoklar gedir.


Paylaş:
Tam mətni oxu →