Ana səhifə›
XƏBƏRLƏR
›
Azərbaycanda kəndə ildırım düşüb
XƏBƏRLƏR
Azərbaycanda kəndə ildırım düşüb
Ekologiya
AMP
"Daşkəsən rayonunun Xoşbulaq kəndinə ildırım düşməsi nəticəsində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik xətti tam bərpa olunub".Bu məlumatı "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu verib."Elektrik xəttindəki problem aradan qaldırılıb. Elektrik enerjisinin verilməsi tam bərpa olunub", - deyə məlumatda bildirilir.\\Oxu.Az ***Daşkəsən rayonunun Xoşbulaq kəndində qeyri-sabit hava şəraiti fəsad törədib."Report"un məlumatına görə, ildırım düşməsi nəticəsində kənd ərazisində yüksəkgərginlikli elektrik xətti qırılaraq yerə düşüb və kiçik yanğın olub.Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb.