Ana səhifə›
XƏBƏRLƏR
›
Yük və minik avtomobilləri toqquşdu, üç nəfər ölü var
XƏBƏRLƏR
Yük və minik avtomobilləri toqquşdu, üç nəfər ölü var
Ekologiya
AMP
Göygöl rayonunda 3 nəfərin ölümü 1 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub."Report"un Qərb bürosunun məlumatına görə, "KamAz" markalı yük maşını minik avtomobili ilə toqquşub.Qəzada, 1968-ci il təvəllüdlü Y.Qasımov, 1991-ci il təvəllüdlü Ə.Əliyev və 1967-ci il təvəllüdlü A.Verdiyeva aldığı xəsarətlərdən dünyasını dəyişiblər.Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü E.Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.