Hər kəsi marafona qoşulmağa dəvət edirik - RƏSMİ
Ümumrespublika Təmizlik Marafonu davam edir. 29 avqust tarixində Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyaları keçiriləcək.
Ekologiya.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə məlumat yayıb
Təmizlik aksiyaları insanları təbiətə qarşı daha məsuliyyətli olmağa və tullantıları düzgün idarə etməyə təşviq etmək, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etmək məqsədilə mütəmadi olaraq keçirilir.
Hər kəsi marafona qoşulmağa dəvət edirik.
Paylaş:
Tam mətni oxu →