Tam versiya
Ana səhifə XƏBƏRLƏR Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
XƏBƏRLƏR

Cəlilabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb


Cəlilabad rayon sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.


Ekologiya.az xəbər verir ki, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →