Tam versiya
Ana səhifə XƏBƏRLƏR Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib - FOTO
XƏBƏRLƏR

Meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib - FOTO


Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının ərazi hüdudları daxilində yerləşən Biçənək meşəsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib. 

Məqsəd meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində eləcə də, taxıl və əkin-otlaq sahələrində baş verə biləcək yanğınların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi olub.

Ekologiya.az-ın xəbərinə görə tədbir zamanı çıxış edənlər mövzunun aktuallığını diqqətə çatdıraraq, yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Eyni zamanda, meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir zamanı iştirakçılara tövsiyə xarakterli yaddaş vərəqləri təqdim olunub, praktiki hissədə isə şərti olaraq baş verən meşə yanğınının qarşısının alınması əyani şəkildə nümayiş etdirilib.


Paylaş:
Tam mətni oxu →