ETSN - nin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edildi - RƏSMİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabineti qərar verib.
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 iyun tarixli 200 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 862 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 2.1-ci bəndində “Təhlükəli Tullantılar” sözləri “Tullantıları İdarəetmə Mərkəzi” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 20 sentyabr 2024-cü il
№ 428
Paylaş:
Tam mətni oxu →