Güclü külək Respublika stadionunun tavanını uçurtdu
Paytaxtda əsən güclü külək zərərsiz ötüşməyib.
Ekologiya.Az xəbər verir ki, ötən gecə küləyin təsirindən Tofiq Bəhramov adına Respublika Stadionunun tavanının bir hissəsi uçub.
Bildirek ki, Tofiq Bəhramov adına stadionun direktoru Tələt Məmmədov Ölkə.Az-a açıqlamasında artıq ərazidə iş aparıldığını deyib:
“Külək nəticəsində orada problem yaşanıb. Hazırda bu istiqamətdə işlər görülür. Dam örtüyü çox ağır bir material olduğundan bərpası bir neçə gün çəkə bilər”, - deyə o söyləyib.
Paylaş:
Tam mətni oxu →