Dövlət Ekoloji Təhlükəsizlik Xidməti qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarladı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı rayonu Qaraqaya kəndinin inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin həmin kənd sakinləri Məhəbbət Adıgözəlli, Nəkibə Hüseynova, Günel Süleymanova, Firəngiz Zəkiyeva və Taleh Nəcəfov olduğu müəyyən edilib.