Xəzər həftəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib
26 sentyabr “Beynəlxalq dəniz günü” ilə əlaqədar ölkəmizdə sentyabr ayının son həftəsi “Xəzər həftəsi” elan olunub.
Xəzər həftəsi çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin mütəxəssisləri tərəfindən Cəlilabad rayon Ocaqlı kənd Şamil Nəzərov adına 1 saylı tam orta məktəbin, Həmid Tağıyev adına 2 saylı Sabirabad kənd tam orta məktəbin, Quba rayonu Zəki Kərimov adına 1-ci Nügədi kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinə maarifləndirici tədbirlər keçirilib.