Qum-çınqıl karxanasının qanunsuz fəaliyyəti aşkarlanıb - RƏSMİ
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində "İdeal kərpic zavodu” MMC tərəfindən kərpic istehsalının, Balakən rayonu ərazisində yerləşən “Spark” MMC tərəfindən beton istehsalının, Siyəzən rayonu ərazisində yerləşən “MMZ” MMC tərəfindən quşçuluq fəaliyyətinin həyata keçirilməsi və Zaqatala rayonu ərazisində yerləşən Fəxrəddin Muradova məxsus qum-çınqıl karxanasının qanunsuz fəaliyyət göstərməsi faktı aşkar olunub.
Faktlarla bağlı "İdeal kərpic zavodu” MMC-nin məsul şəxsi Rada Dəmirli, “Spark” MMC-nin Balakən sahəsinin rəisi Şahin Allahverdiyev, “MMZ” MMC-nin direktoru Yaşar Qasımov və Fəxrəddin Muradov barəsində vəzifəli şəxs qismində protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb.
Ekologiya.az