XƏBƏRLƏR
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.FHN-dən Ekologiya.az-a verilən məlumata görə, məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Qeyd olunub ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.*** Bakının Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın başlayıb.Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.Daxili İşlər Nazirliyindən bildirilib ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib: "Yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Polis əməkdaşları ərazini mühafizə edərək təhlükəsizlik tədbirləri görür".//Report
Paylaş:
Tam mətni oxu →