• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır

    03

    okt

    Leyla Həsənova: Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır

    Gənclərin 70 faizi iqlim dəyişikliyindən narahatdır.

    "Report" xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə Gənclər çempionu Leyla Həsənova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

    O qeyd edib ki, gənclər problemin miqyasından agahdırlar:

    "Ona görə biz problemin həllində tərəfdaş olmaq istəyirik. Şəbəkə olaraq universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. Təkcə COP-29 çərçivəsində deyil, digər istiqamətlərdə də iqlim problemləri aktual müzakirə olunmalıdır. COP29 prezidenti Muxtar Babayev də ekoloji maarifləndirməyə dəstək verəcək".

    Tarix : 3-10-2024, 13:00 | Oxunub: 1 768