• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb

    05

    okt

    Naxçıvanda Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb

    Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev su anbarına 200 min sazan balığının körpələri buraxılıb.

    "Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər və işçi heyəti, eləcə də Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya, digər rəsmi şəxslər və ekokönüllülər iştirak edib.

    Məqsəd biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması olub.

    Bu gün həmçinin Uzunoba su anbarına 50 min sazan balığının körpələri, eyni zamanda Kəklik və Turac quşları təbiətə buraxılacaq.


    Tarix : 5-10-2024, 17:45 | Oxunub: 1 568